Expressbank-ın SmileCard taksit kartı ilə Park Cinema kinoteatrlar şəbəkəsində (Park Bulvar, Metro Park, Flame Towers və Zaqulba) pop-corn və sərinləşdirici içkini 2 manata əldə etmək mümkündür. Bundan başqa xərclənən məbləği 6%-i karta geri qayıdacaq.
SmileCard ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz – http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.20... .
Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.