“Expressbank”-dan nağdlaşdırma limitinə açıqlama | Banco.az

“Expressbank”-dan nağdlaşdırma limitinə açıqlama

Son günlər birsıra KİV-dəExpressbank-ın plastik kartlarında nağdlaşdırma limitlərinin müəyyən edilməsi haqqında səhv məlumat verilmişdir.

Bir mənalı olaraq bildirmək istəyirik ki, haqqında danışılan limitlər yalnız Smile card taksit kartlarına aiddir. Xatırladaqki, bazarda mövcud bütün taksi tkartlarda nağdlaşdırma üzrə limitlər mövcuddur. Expressbank-ın digər hər hansı plastik kartları nanağdlaşdırma ilə bağlı nəinki limit təyinedilməyib, hətta nağdlaşdırma komissiyası “0%” olaraq müəyyən edilib saxlanılır.

Hazırda Smilecard sahibləri üçün limitlərin tətbiqi ölkə üzrə nağdsız alış-verişin stimullaşdırılması və bank-ın təqdim etdiyi ExpressClub layihəsinə marağın artırılmasına xidmət edir. Belə ki, müştərilər ExpressClub xidməti çərçivəsində plastik kartlar vasitəsi ilə POS-terminallar üzərindən alış-veriş edərkən, xərclədikləri vəsaitin 0,3% - dən 20% -dək hissəsini karta geri qazanırlar (cashback). Bu vəsaiti müştərilər həm nağdlaşdıra, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında  FitchRatings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.