Ən sosial yönümlü bank səhifəsi hansıdır? | Banco.az

Ən sosial yönümlü bank səhifəsi hansıdır?

Vətəndaşların suallarını ən qısa zamanda və  dəqiq cavablandırmaq, səhifə istifadəçilərinin marağında olan məlumatları, kampaniyaları paylaşmaqla ümumilikdə müştəri məmnuniyyətinə nail olmaq - Unibank-ın rəsmi facebook səhifəsinin əsas iş prinsipi budur. Məhz düzgün kommunikasiya sayəsində  bankın facebook səhifəsi (https://www.facebook.com/unibank.az?fref=ts) artıq neçənci dəfədir ki, beynəlxalq Socialbakers xidməti tərəfindən “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olur. 

Unibank-ın Facebook səhifəsi beynəlxalq xidmət tərəfindən iyulun 1-dən sentyabrın 30-dək keçirilən monitorinqin də qalibidir və 3 ayın nəticələrinə əsasən,  yenidən  “Ən sosial yönümlü səhifə”  seçilib.

Beynəlxalq xidmətin monitorinqi göstərir ki, Unibank Facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 99%-ni alıb.

Ən sərfəli kredit üçün müraciət et

Socialbakers (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Qeyd edək ki, hazırda Unibank-ın Facebook səhifəsinin istifadəçilərinin sayı 224 mini ötüb. Bu da banklar arasında tərəfdaşların sayına görə ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. Unibank-ı birinci etdikləri üçün Bank bütün Facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.

Əlavə məlumat üçün – www.facebook.com/unibank.az 

Unibank – hər kəsin bankı.