“DəmirBank”ın plastik kartları ilə endirimlərdən faydalanın | Banco.az

“DəmirBank”ın plastik kartları ilə endirimlərdən faydalanın

“DəmirBank” müştərilərinə “MasterCard” plastik kartları üzrə endirimlərdən faydalanmağı təklif edir. Belə ki, “DəmirBank” müştəriləri “MasterCard” tərəfindən təqdim edilən endirim kampaniyasında 70-ə qədər brendin məshul və xidmətlərindən 10% endirimlə yararlana biləcəklər. 

Qeyd edək ki, endirim kampaniyası 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

“DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartları 1, 2 və ya 3 il müddətinə təklif edir. Plastik kartları Bankın filiallarında və həmçinin www.demirbank.az/index.php?/az/ordercard/ internet səhifəsində onlayn sifariş etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bank plastik kart sahiblərinə eyni zamanda Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri,  ödənişlərin (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr) həyata keçirilməsi və endirim imkanları da təqdim edir.