“DəmirBank” tələbələr üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramı”na start verib. Tələbələr təcrübə müddətində dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və gələcək karyeralarında böyük nailiyyətlər əldə etmə imkanına sahib ola biləcəklər.
Qeyd edək ki, təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1,2 və 3 ay müddətində olacaq.
Xatırladaq ki, “DəmirBank” “Yay təcrübə proqramı”nı hər il təşkil edir. Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub.