DəmirBank-ın növbəti filialı açıldı | Banco.az

DəmirBank-ın növbəti filialı açıldı

“DəmirBank” bu gün Masallı  filialının yeni modern dizaynda təmir olunmuş binasının açılış mərasimini keçirib. Açılış mərasimində Bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.

M. Talışxanov küçəsi 3 ünvanında yerləşən Masallı filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.