DəmirBank-da “Əmlak girovlu kredit” aksiyasının müddəti uzadıldı | Banco.az

DəmirBank-da “Əmlak girovlu kredit” aksiyasının müddəti uzadıldı

DəmirBank iyun ayında girov qoymaqla kredit götürmək istəyənlər üçün “Əmlak girovlu kredit” adlı yeni kredit aksiyasına start vermişdi. Aksiyanın 30 sentyabr 2014-cü il tarixinədək davam edəcəyi nəzərdə tutulsa da, məhsula olan tələbatı nəzərə alaraq müddət 2014-cü ilin 30 noyabr tarixinədək uzadılmışdır.  

Aksiyanın şərtlərinə əsasən ev, mənzil, torpaq, obyekt və s. girov qoyan müştərilərə illik 20% olmaqla

10 000 – 50 000 AZN məbləğində kredit verilə bilər. Krediti maksimum 60 ay müddətinə rəsmiləşdirmək mümkündür. 

Kreditdən dövlət təşkilatı və ya sabit maliyyə durumu olan özəl müəssisələrin əməkdaşları ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də yararlana bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bankın kredit məhsulları sırasına mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri daxildir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.