“DəmirBank” istehlak kreditlərində komissiyanı ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib. Belə ki, istehlak kreditləri üzrə illik faiz dərəcəsi 28%-dən başlayaraq tətbiq olunur. Maksimum faiz dərəcəsi isə 32%-dir.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.