Bank BTB "Neftçilər günü" peşə bayramı ilə əlaqədar olaraq güzəştli kredit kampaniyası elan edir. Sentyabr ayının 20-dən Oktyabr ayının 20-dək 1 ay müddətində SOCAR bütün əməkdaşları Nağd Pul krediti məhsulunu sərfəli şərtlərlə alacaqlar.
Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dır.
Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarından almaq olar.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.