Bolkartla xaricdə alış-veriş et, 2 ay sonra ödə! | Banco.az

Bolkartla xaricdə alış-veriş et, 2 ay sonra ödə!

Bank of Baku, Bolkart müştəriləri üçün yay mövsümünə özəl olaraq silsilə kampaniyalara start verdi.

İlk belə kampaniya istirahətini ölkə xaricində keçirməyi planlaşdıran Bolkartlılar üçün nəzərdə tutulub. Belə ki, xaricdə Bolkartla alış-veriş edən hər bir şəxs ödənişini 1 ay sonra deyil, 2 ay sonra yəni, iyun ayında edilən alış-verişin xərcini avqustda, iyulun xərcini sentyabrda və avqust ayında edilən alış-verişin xərcini isə oktyabr ayında ödəmək imkanı əldə edəcək. 21 iyun – 31 avqust 2016-cı il tarixlərini əhatə edən kampaniya ölkə xaricində edilən bütün əməliyyatlara şamil olunur.

Bankın “Reklam və İctimaiyyətlə Əlaqələr Departamenti”nin direktoru Nigar Tahirova kampaniya müddəti ərzində xarici ölkələrdə edilən istənilən əməliyyatın əlavə faiz və komissiya haqqı tutulmadan icra olunacağını bildirir. “Bu yay Bolkartlıları 1 deyil, düz 3 kampaniya ilə sevindirməyi planlaşdırırıq. Digər kampaniyalar ilə bağlı məlumatı da qısa zamanda elan edəcəyik. Əsas məqsədimiz, müştərilərimizin bu yay istirahətinin Bolkartla daha səmərəli və sərfəli şərtlərlə keçirməsinə nail olmaqdır” deyə xanım Tahirova qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank of Baku-nun hər kəsə özəl təqdim etdiyi Bolkart məhsulu haqqında daha ətraflı məlumatla rəsmi internet ünvanından http://www.bolkart.az/ tanış ola bilərsiniz.     

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku