19 oktyabr tarixində Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartın kütləvi dövriyyəyə buraxılmasından düz iki il ötür. Bu zaman kəsiyində Bolkart ölkə vətəndaşları arasında böyük populyarlıq qazanıb və bu gün artıq 150.000-dən çox insan bu kredit kartından gündəlik istifadə edir.
“Bank of Baku”-ya məxsus Bolkartın əsas üstünlüyü alınan malın dəyərini 1,3,6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. Bolkart müştəriyə pulsuz verilir.
Bu ilin yanvar ayında Bolkart istifadəçilərinin sayı 60.000 idi. Beləliklə, ötən bir neçə ay ərzində Bolkart istifadəçilərinin sayı iki dəfədən çox artıb.
Bolkartın digər kredit kartları ilə müqayisədə əsas üstünlükləri isə bunlardır:
- MasterCard loqolu Bolkart ilə istənilən dünya ölkəsində birbaşa və onlayn alış-veriş imkanı
- Azərbaycanın1000-dən çox mağaza və ticarət mərkəzlərində alış-veriş
- Vaxtaşırı kartın balansındakı limiti nağdlaşdırmaq imkanı
- 5000 manatlıq maksimal balans
- MasterCard loqolu Bolkart xüsusi çiplə təmin edilib və POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahatdır.
Bolkart-la ölkəmizin geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar.
Kart sahiblərinin rahatlığını təmin etmək məqsədilə bir qədər öncə www.bolkart.az saytı tam yenilənərək yenidən istifadəyə verildi. İndi saytda “şəxsi kabinet”, axtarış sistemi, onlayn kalkulyator, mağazaların reytinq səsverməsi və digər funksiyalardan faydalanmaq olar.
Bir müddət öncə isə kart sahibləri üçün pulsuz SMS məlumatlandırma xidməti tətbiq edildi. Hər alış-veriş etdikdə, Bolkart sahibinin mobil telefonuna alış-veriş etdiyi ticarət subyektinin adı, alış-veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur. Beləliklə, Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanıb.
Bolkart Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə “Bank of Baku”-nun bir töhfəsidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankın nağdsız ödənişlər üzrə may, iyul və avqust aylarına aid hesabatlarında da, “Bank of Baku” 1-ci yerdə qərarlaşmışdır.
Kart sahiblərini məmnun etmək məqsədilə “Bank of Baku” yaxın zamanlarda Bolkart sahiblərinə yeni sürprizlərini təqdim edəcək.
Daha ətraflı: www.facebook.com/Bolkart