BirKart artıq Gəncədə! | Banco.az

BirKart artıq Gəncədə!

Kapital Bank-ın BirKart məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər. Maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilər Bankın Gəncə və ya Kəpəz filiallarına yaxınlaşıb, kartı əldə edə bilərlər.

Qeyd edək ki, BirKart müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.

Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.

Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. Gəncə üzrə olan tərəfdaşların siyahısı saytda qeyd olunub - www.birkart.az/harada-kecerlidir?search=&city=401&category=0&payment_method=0&taksit=hamısı.

Ən sərfəli kredit üçün müraciət et

BirKart-dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər.Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır.Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.azmüraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.