BANKOMATDAN PULU KARTSIZ ÇIXARIN | Banco.az

BANKOMATDAN PULU KARTSIZ ÇIXARIN

Artıq bankomatlardan kart olmadan da pul çıxarmaq olur. Unibank bank xidməti sahəsində daha bir yeniliyə imza atdı. Unibank plastik kartlarında tətbiq olunan Cash by Code xidmətinin aktivləşdirilməsi,  müştərilər üçün  bankomatların yeni bir imkanını üzə çıxardı.

Cash by Code- asan, tez, rahat, təhlükəsiz şəkildə  və  7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz  kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.

Vəsaitlərin göndərilməsi və alınması MilliKart-da xidmət olunan və  Cash by Code  xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar.  Bu çox sadədir.

Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbəği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir  və vəsaiti çıxarır. Məbləği bankomatdan məxaric etdikdə heç bir komissiya tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız  Unibank kartı vasitəsilə köçürmə edən müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP)  həcmində komissiya tutulacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı