“Unibank”ın İdarə Heyətinə sədr müavini təyin edilib. “Banco.az” xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, İdarə Heyətinin üzvü Asəf Hüseynov Unibank İdarə heyəti sədrinin müavini təyin edilib. O, indiyə qədər "Unibank"ın İH-nin üzvü, Baş risk inzibatçısı olub.
A.Hüseynov 2006-2009-cu illərdə “Access Bank” QSC-də, 2009-cu ildən isə Azərbaycan Mərkəzi Bankında (AMB) çalışıb. O, 2012-ci ilə qədər AMB-də mütəxəssis kimi fəaliyyət göstərib, daha sonra isə qurumun Bank qrupunun rəhbəri vəzifəsini icra edib.
Unibank kollektivi Asəf Hüseynova yeni vəzifəsində uğurlar arzulayır!