Son günlərdə sığortalanan əmanətlər üzrə faizlərin aşağı salınması məsələsi daha əlverişli əmanət məhsullarını yenidən gündəmə gətirib. Bu dəyişiklik fonunda banklar çalışırlar ki, öz əmanət məhsullarını müştərilər üçün daha cəlbedici etsinlər. Bu arada bir çox banklar bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
Saytımıza daxil olan məlumata əsasən, Bank VTB (Azərbaycan) bazara yeni məhsul olan “Çevik” əmanətini təklif etmişdir. Bu, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 24 ayadək olan uzunmüddətli yığım depozitidir.
Müştərinin seçimindən asılı olaraq, müvafiq depozit üzrə aylıq və ya rüblük faizlərin kapitallaşması mümkündür.
Məhsulun unikallığı ondadır ki, əmanətin artırılması istənilən vaxt həyata keçirilə bilər və əlavə məbləğ daxil olduqdan sonra, növbəti gün yığım depozitinin tam məbləğinin üzərinə faizlərin hesablanması həyata keçirilir.
- Depoziti açmaq üçün minimal məbləğ : 100 min AZN/USD/EUR
- Müştərinin istəyindən asılı olaraq, faizlərin rüblük və ya illik kapitallaşması
- Faizlər aylıq, rüblük və ya müddətin sonunda götürülə bilər
Bu zaman artırılmanın məbləği ilkin məbləğdən iki dəfə artıq ola bilməz.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü Zaur Rəsulov portalımıza bildimişdir: ““Çevik” əmanəti hüquqi şəxslərə və fərdi sahibkarlara sərbəst vəsaitlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verir. Yeni “maliyyə konstruktoru” kimi geniş funksiyalara malik olan müvafiq məhsul vasitəsilə müxtəlif parametrlərdən: əmanətin məbləği, depozitin müddəti, əlavə artım, müddət bitməmiş vəsaitin qismən çıxarılması, faizlərin vaxtaşırı ödənilməsi, əmanətin müddətinin uzadılması və digər şərtlərdən istifadə edərək siz istənilən pul vəsaitinizi hərəkətə gətirə bilərsiniz”.