“Bank of Baku”-nun ötən ilin may ayında təsis etdiyi “Dostlar klubu”-na qoşulan 100000-сi müştəri bu gün müəyyən edilib. “Dostlar klubu”-nun 100000-ci üzvü Bakı şəhər sakini İlham Şiriyev olub. Bu münasibətlə müştərinin kartına 1000 manat məbləğində bonus yüklənib və ona korporativ hədiyyə təqdim edilib. Bonusla yüklənmiş kart bank müştərisinə “Bank of Baku”-nun “Həzi Aslanov” filialında təqdim edilib. Təqdim edilmiş bonus məbləğinin 200 manatlıq miqdarını müştəri pulsuz mobil rabitə balansına çevirə bilər. “Dostlar klubu”-nun 100000-ci üzvü Brilyant kart sahibidir.
Daimi müştərilərə istehlak kreditləri sahəsində müxtəlif güzəşt və imtiyazları ehtiva edən “Dostlar klubu” müştərilərin böyük marağı ilə qarşılanır.
“Dostlar klubu” üzvləri sayının 100000-ə çatması ilə əlaqədar “Bank of Baku”-nun sədr müavini Abbas İbrahimov, bu rəqəmin özəl klub ideyasının özünü tam doğrultduğunu deyir. “Sadiq müştərilər üçün “Dostlar klubu”, Azərbaycan bankçılıq tarixində ilk bu cür təcrübədir. Əsas məqsədimiz loyal müştərilərimizə müxtəlif üstünlük və güzəştləri təqdim etməkdir. Biz müştərilərimizin bu cür böyük marağından son dərəcədə məmnunuq”.
“Bank of Baku”-nun “Dostlar klubu” çərçivəsində uzun müddətli müştərilərə müxtəlif növ imtiyazlı kartlar verilir. Bu kartlar, “Bank of Baku” ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən və müsbət kredit tarixçəsinə malik müştərilərə pulsuz paylanılır. Kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə sərf edilir. Beləliklə, həmin müştəri yenidən bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyir. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 10.000 manatadək kredit götürmək imkanı və pulsuz mobil rabitə balansı əldə edir. Kartın sahibi habelə hər-hansı təcili vəziyyət üçün ekspress kredit xəttinə malikdir.
“Dostlar klubu” barədə daha ətraflı: http://www.facebook.com/Dostlarklubu
“Dostlar klubu” kartının onlayn sifarişi: http://www.bankofbaku.com/az/online-banking/dostlar-klubu-card-online-order.html