Bank dollarla olan kreditlərin ödəniş prosesini sadələşdirir | Banco.az

Bank dollarla olan kreditlərin ödəniş prosesini sadələşdirir

Bank VTB (Azərbaycan) dollarla olan kreditlərin ödənişinin sadələşdirmək və borcalanın maliyyə yükünü azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Müştərinin istəyindən asılı olaraq, bank müştərilər üçün fərdi ödəniş qrafikləri təqdim etməyə və kredit müddətini artırmağa hazırdır. Bu tədbirlər manat ekvivalentində aylıq ödənişlərin əvvəlki səviyyədə saxlamağa imkan verəcək.

«Biz müştərilərimizin qarşılaşdığı çətinlikləri nəzərə alırıq və borclarının ödənilməsi üçün əlverişli şərait yaratmağa çalışırıq. Biz müştərilər üçün güzəştə gedib onların kredit ödənişlərinin asanlaşdırmağa hazırıq. Bank VTB (Azərbaycan) müştərilərinə qiymət verir və çətin şəraitdə onlara dəstək olmağa hazırdır,- deyə, bank VTB (Azərbaycan) İdarə Heyətinin Sədri Yuri Yakovlev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Dollarla olan kreditlərin aylıq ödənişində çətinliklə qarşılaşan müştərilər bank VTB (Azərbaycan)-ın istənilən filialına yaxınlaşa və ya 986 nömrəsi ilə bankın mütəxəssislərindən əlavə məsləhət ala bilər.