Bank BTB müştəri məmnuniyyətini prioritet tutaraq, Onlayn Ödəniş Səhifəsini istifadəyə verdi. Hazırda banka getmədən, 24 saat real vaxt rejimində bank əməliyyatlarını asan, operativ və etibarlı olaraq həyata keçirmək imkanı yaradır. Bu səhifəyə “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Plastik Kart balansına vəsaitlərin mədaxili” əməliyyatları daxildir.
Хidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Rəsmi saytın Onlayn Xidmətlər bölümündə - Onlayn Ödəniş Səhifəsinə daxil olmaq lazımdır. Yeni açılan səhifədə məlumatların eyniləşdirilməsi üçün Müştəri kodu və Doğum tarixini dolduraraq, bank əməliyyatlarını yerinə yetirmək mümkündür. Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsaitin ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.
Bank BTB sosial şəbəkədən fəal istifadə edən müştərilərini də nəzərə alaraq rəsmi facebook səhifəsində (https://www.facebook.com/bankbtb) bank əməliyyatlarını həyata keçirmək üçün Onlayn Ödəniş Səhifəsi bölümünü əlavə etdi.
Bütün tranzaksiyalar real vaxt rejimində aparılır və tam təhlükəsizliyi təmin olunur.
Bank BTB nağdsız ödənişlərin həcminin inkişafı və “onlayn” xidmətlər çeşidliliyinin genişləndirilməsi zəminində öz strategiyasına sadiq qalaraq yeni layihələr üzərində müntəzəm olaraq çalışır. Xidmət haqqında ətraflı məlumatı Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi saytdan www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan facebook səhifəsindən almaq mümkündür.