Bank BTB Mastercard premium plastik kartlar üzrə endirim kampaniyasına start verib | Banco.az

Bank BTB Mastercard premium plastik kartlar üzrə endirim kampaniyasına start verib

Bank BTB ASC MasterCard beynəlxalq ödəniş sisteminin kartlarını təklif edir. Nağdsız ödənişlərə üstünlük verən müştərilər üçün bank yeni kampaniyaya start verib.

Belə ki, müştərilər 2016-cı ilin sonunadək Bank BTB-nin MasterCard premium plastik kartlar üzrə  kart qiymətlərinə endirim alacaqlar. Kampaniya müddətində kart qiymətlərinə təklif olunan güzəştlər MasterCard Gold üçün 25 %, MasterCard Platinum üçün 50 % təşkil edəcək.

Həmçinin bankın plastik kart sahibi olan müştərilər “MobilBank” xidməti vasitəsi ilə dünyanın istənilən nöqtəsində ona uyğun zamanda kart hesabını idarə etmək və əməliyyat etmək imkanına malikdirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytından www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.