Bank BTB daha bir təcili pul köçürmə sisteminə qoşuldu. Belə ki, Bank BTB -nin müştəriləri artıq “LIDER” təcili pul köçürmə sistemindən istifadə edə biləcəklər.
2003-cü ildən fəaliyyət göstərən “LIDER” təcili pul köçürmə sistemi, müştərilərə məsafədən asılı olmayaraq bu sistemə qoşulmuş xidmət nöqtələri arasında qısa müddət ərzində pul vəsaitini köçürmək və qəbul etmək imkanını verir. “LIDER” təcili pul köçürmə sistemi Rusiyada, yaxın və uzaq xarici ölkələrdə 130 000-dən çox xidmət nöqtəsində mövcuddur. Bu təcili pul köçürmə sistemi vasitəsi ilə vəsaitin köçürülməsi və qəbul edilməsi USD, EUR, RUB valyutaları ilə həyata keçirilə bilər. Köçürmə, göndərən şəxsin təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə, vəsaiti qəbul edəcək şəxsin Adı və Soyadı göstərilməklə həyata keçirilir. Bir köçürmə üzrə maksimal məbləğ (qanunvericiliyin tələbləri nəzərə alınmaqla) maksimum 20 000 USD/EUR və 590 000 RUB ola bilər. Pul köçürmə xidməti üzrə komissiya mümkün istiqamətlərdən asılı olaraq 0,45%-3% arasında dəyişə bilər.
Bank BTB-nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.