Bank “BTB” ASC 2017-cı ilin 1-ci kvartalı üzrə maliyyə hesabatlarını açıqlayıb | Banco.az

Bank “BTB” ASC 2017-cı ilin 1-ci kvartalı üzrə maliyyə hesabatlarını açıqlayıb

Bank “BTB” ASC 2017-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb. Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 3 453 min  manat, faiz xərcləri isə 2 371 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 819 min manat, qeyri-faiz xərcləri isə 4 981 min manat olub.

Bankın aktivləri 239 023 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,34 % artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 15,08% artım var.

Bankın depozit portfeli 84 285 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank mənfəət və zərər hesabatını da açıqlamışdır. Hesabat dövründə Bank BTB kreditlərə ehtiyatın yaradılması hesabına 1 143 min zərər etmişdir.

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 246 min manat təşkil etmişdir.