Bank BTB 3-cü rübü mənfəətlə başa vurdu | Banco.az

Bank BTB 3-cü rübü mənfəətlə başa vurdu

Bank BTB-da 3-cü rübün yekunlarına həsr olunmuş iclas keçirilib. Mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq cari ilin 3-cü rübü üzrə fəaliyyətin nəticəsi olaraq, bank 132.41 min manat mənfəət əldə etmişdir. 2015-ci ilin 3-cü rübün sonuna bankın aktivləri 156 mln. manat təşkil etmişdir, bu da ilin əvvəli ilə müqayisədə 14 mln. manat artım deməkdir.

Xatırladaq ki, bir müddət öncə Bank BTB ASC əlavə səhm emissiyası vasitəsi ilə nizamnamə kapitalını 2 mln. manat həcmində artırmaq niyyətini bildirmişdir, yeni emissiya prosesinin yekununda nizamnamə kapitalı 52 mln. manata çatdırılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, Müşahidə Şurasının tərkibində dəyişikliklər baş vermişdir. Müşahidə Şurasının sədri Ceyhun Paşalının yerinə Rza Sadiq təyin edilmişdir.

Bank “BTB” 2010–cu ildə təsis olunub və uiversal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı 10 filialı və 20 bankomatı var.