Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırdı | Banco.az

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırdı

Son günlər Azərbaycan Beynəlxalq Bankının bir çox bankomatlarında vəsaitin olmaması səbəblərinə aydınlıq gətirilib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər.