"Azər-Türk Bank" ASC-nin xidmət şəbəkəsinə daha bir filial əlavə olunub. Bankın "Masallı" filialıfəaliyyətə başlayıb. Filial Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Masallı şəhərində açılışı gerçəkləşdirilmiş "ASAN HƏYAT" kompleksində yerləşir. Azər-Türk Bankın"Masallı" filialında bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən fiziki vəhüquqi şəxslərə yüksək keyfiyyətli bank xidmətləri göstəriləcək.
Bura müxtəlif növ kreditlərin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunalxidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir.
Filial həftə içi hər gün saat 09:30-dan17:00-a qədər müştərilərin xidmətindədir. "Masallı" filialının əməkdaşları həmçinin, "ASAN HƏYAT"kompleksində yerləşən ASAN xidmət mərkəzinin inzibati binasında da müştərilərə xidmətgöstərəcəklər. "ASAN xidmət" mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi ASAN xidmət mərkəzinin iş rejimi ilə uyğunlaşdırılacaq.
Azər Türk Bankdan verilən məlumata görə, "Masallı" filialının açılmasında məqsəd bu regiondakıgeniş müştəri potensialına Azər Türk Bankın sərfəli məhsul və xidmətlərini təklif etmək, regionuniqtisadi inkişafına dəstək verməkdir. Regional filial şəbəkəsinin genişləndirilməsi Azər Türk Bankın müasir inkişaf konsepsiyasında priorotet istiqamaətlərdən biri kimi müəyyən edilib. Bank ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir.
Qeyd edək ki, bu, Azər Türk Bankının 2016-cı il ərzində Bakıda və regionlarda istifadəyə verilmiş sayca dördüncü yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın 2 saylı şöbəsi, Şirvan şəhərində "Şirvan" filialı, Qəbələ rayonunda "Qəbələ" şöbəsi fəaliyyətə başlayıb.