Sosial məsuliyyəti fəaliyyətində ön planda tutan Azər Türk Bank, bir müddət əvvəl "Sizinlə Gələcək" kampaniyasına start vermişdir. Kampaniya çərçivəsində yüzlərlə xaricdə təhsil alan tələbələrə bank tərəfindən pulsuz MasterCard Standart kartı hədiyyə olunmuşdur. Tələbələrə dəstək məqsədilə təşkil olunmuş kampaniya hələ də davam etməkdədir.Tələbələr xarici universitetdə oxuduğunu təsdiq edən hər hansı rəsmi sənəd və ya tələbə bileti təqdim etməklə bu kampaniyadan yararlana bilər.