Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər-Türk Bank daha bir yeniliyi təqdim edir. Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədi ilə "E-bank" xidməti yaradılmışdır.
"Etibar etdiyiniz ünvan" şüarı ilə fəaliyyət göstərən Azər-Türk Bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır.
"E-bank" məhsulu "Asan İmza" mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır. "Asan İmza" mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. Bu texnologiyanın üstün cəhətlərindən biri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. İstifadə üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.
Ölkədə ilk dəfə Azər-Türk Bank daxil olma və təsdiqləmə üsulu yalnız "Asan İmza" olan İnternet Bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur.
"E-bank" xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər. Bununla yanaşı, şirkət əməkdaşlarının Banka gəlmələrinə ehtiyac olmadığı üçün iş vaxtlarının daha səmərəli istifadə etmələrinə imkan yaranacaq. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, istifadə üçün xüsusi avadanlıq və ya proqram təminatına ehtiyac olmadan, standart internet brauzerindən istifadə etməklə yararlanmaq mümkündür.
"Oracle FLEXCUBE Direct Banking" modulu əsasında qurulmuş xidmətin tətbiqi Ukraynanın "Datas Technology" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.