Azər-Türk Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir. Nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli növbəti yeni “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verilmişdir. Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bankomatlarımız vasitəsilə müxtəlif əməliyyatları yerinə yetirə bilərsiniz. Yeni “Cash-in” bankomatı Hüseyn Cavid pr. 118a ünvanında yerləşir.
Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.