"Azər Türk Bank müştərilərin gözü ilə" | Banco.az

"Azər Türk Bank müştərilərin gözü ilə"

"Azər Türk Bank müştərilərin gözü ilə" adlı video-layihə həyata keçirilib.

Bankla uzun müddət əməkdaşlıq etmiş və yeni əməkdaşlığa başlamış müştərilərin iştirakı ilə reallaşdırılmış layihənin məqsədi müştərilərin Azər Türk Bankın xidmət səviyyəsindən nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək, Bankla davamlı əməkdaşlığın sirrini müştərilərin dilindən eşitmək olub.

Layihə çərçivəsində bankın ayrı-ayrı müştəriləri ilə video-müsahibələr hazırlanıb. Bankın daimi müştəriləri niyə məhz Azər Türk Bankı seçdiklərindən danışmış, yaddaqalan xatirələrini bölüşmüş, Bankın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini dilə gətirmişlər. Peşəkar çəkiliş qrupu tərəfindən hazırlanmış video-müsahibələr tezliklə Azər Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə izləyicilərə təqdim olunacaqdır. Azər Türk Bank bu maraqlı layihəyə qoşulan, onun ərsəyə gəlməsində yardımçı olan hər kəsə təşəkkürünü bildirir və video-müsahibələrin kadrarxası epizodlarını təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.