Azər Türk Bank "AzeriCard" prosessinq mərkəzinə qoşulur | Banco.az

Azər Türk Bank "AzeriCard" prosessinq mərkəzinə qoşulur

"Azər-Türk Bank" ASC 8 dekabr 2015-ci il tarixindən "AzeriCard" prosessinq mərkəzinə qoşulacaq.

Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club və UnionPay beynəlxalq ödəmə sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzi olan "AzeriCard"a keçid Bankın müştərilərinə MasterCard şirkətinin ödəmə kartları vasitəsilə Bankın bir sıra xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə imkanı yaradacaq. Bunlar, əsasən, "Card to Card Transfer", "Сash In", "Cash To Any Card", "POS Credit","SMS Bildiriş", "PIN Change", "Internet Banking", "MobilBank", müxtəlif onlayn ödəmə xidmətləridir. Qeyd edək ki, Azər Türk Bankın ödəniş kartları "3D Secure" təhlükəsizlik sistemi ilə təmin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeniliyin bir müsbət cəhəti də bundan ibarətdir ki, indi Azər Türk Bankın kart sahibləri ölkədə ən böyük bankomat şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankının bankomatlarından istifadə edə bilərlər. Bu zaman tətbiq olunan tariflər Azər Türk Bankın öz bankomatlarındakı tariflərlə eyni olacaq.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.