“AtaBank” ASC Novruz bayramda məktəbliləri sevindirdi | Banco.az

“AtaBank” ASC Novruz bayramda məktəbliləri sevindirdi

16 mart 2014-ci il tarixində "AtaBank”ın dəstəyi ilə məktəbli uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olundu. 350-dən artıq uşağın iştirak etdiyi Novruz şənliyində şən klounlar, Kosa və Bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçirdilər, onlara bayram sevincini yaşatdılar. Şən musiqi sədaları altında uşaqlar rəqs etdilər və tədbirin sonunda  uşaqlara  hədiyyələr verildi.

“AtaBank” ASC İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov tədbir ilə bağlı bildirdi ki, “AtaBank” ASC maliyyə bazarında yenilikçi missisyası ilə bərabər, xeyirxahlıq missiyasını da yerinə yetirməyə davam edir.  Uşaqların xüsusi qayğıya ehtiyacı olduğundan biz onları tez-tez sevindirir və hər il bayramlarda, bu dəfə isə Novruz bayramında onların bahar bayramını daha mənalı və yaddaqalan etmək üçün şənlik təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir

Xidmət və məhsullar haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkələrdə “AtaBank”ın səhifəsini ziyarət edə bilərlər -  www.facebook.com/AtaBank.