Bəzən sadəcə maddi sıxıntılar arzularımızı gerçəkləşdirməyə mane olur. Yaxınlarımızı sevindirmək, onlara kiçik xoşbəxtliklər bəxş etmək üçün əlavə maddi vəsaitə ehtiyac duyuruq. Gəlirlərimiz buna yol vermədikdə köməyimizə kreditlər çatır. Faizlər əlverişli olsa, kreditlər sizə çox yaxşı yardımçı ola bilər.
Beləliklə, Bank VTB (Azərbaycan) 11 000 manatadək olan nağd kreditlər üzrə faizləri endirir.
Bankdan portalımıza daxil olan məlumata əsasən, Bank VTB (Azərbaycan) 11 000 manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrini aşağı salınmasına dair aksiya keçirir. Aksiya 2014-cü ilin avqustun 1-dək davam edəcəkdir.
Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınmışdır. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi - 26 % olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.
Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv etmişdir. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.