Unibank Albalı Plus (Albalı) istifadəçiləri üçün onlayn xidməti daha da təkmilləşdirdi. İndi bank müştəriləri öz evlərini və ofislərini tərk etmədən, istənilən bank məhsul və xidmətləri ilə bağlı məlumatları cəmi bir neçə dəqiqə ərzində əldə edə biləcəklər. Bunun üçün sadəcə albali.azsaytına daxil olmağınız kifayətdir. Çünki tamamilə yenilənən və təkmilləşdirilən albali.azsaytından suallara cavab tapmaq olar. Albali.azsaytı istifadəçilərə hansı imkanları verir?
- Albalı Plus kartı ilə bağlı istədiyiniz məlumatı və bütün yenilikləri öyrənmək;
- Bank filialına getmədən, elə saytdan Albalı Plus kartını onlayn sifariş etmək və hazır kartı bankdan növbəsiz götürmək;
- Ölkə bankları içərisində daha mükəmməl onlayn məsləhətçi xidməti ilə birbaşa əlaqə yaradıb, bankın bütün məhsul və xidmətləri ilə bağlı suallarınıza qısa müddətdə cavab almaq imkanı;
- Vahid Albalı Plus Şəxsi kabinetdə kredit ödənişinin müddətindən məbləğinədək, keçmiş və gələcək ödənişləri, taksit qrafikini öyrənmək;
- Təhlükəsiz “Albalı Plus” mobil əlavəsini birbaşa saytdan yükləmək;
- Facebook üzərindən yaradılmış eksklüziv QFF platformasında qeydiyyatdan keçmək;
- Müvafiq formanı doldurmaqla, bank əməkdaşlarının qısa müddətdə sizinlə əlaqə saxlamasına nail olmaq;
- Partnyor şirkətlər üçün onlayn tərəfdaşlıq müraciəti imkanı yaratmaq;
- Albalı Plus kart sahibləri üçün saytdakı kalkulyatorun köməyi ilə partnyor mağazalarda planlaşdırılan alış-verişin məbləğini əvvəlcədən hesablamaq;
- Məhsul, qiymət, taksit, mağaza ünvanı və telefonunu öyrənmək üçün mükəmməl və sürətli axtarış sistemi;
- Yeni kampaniyalar, endirimlər haqqında operativ məlumat öyrənmək və s.
Yeni dizaynda, daha rahat və daha mobil olan albali.azsaytından kartın digər imkan və üstünlükləri ilə bağlı məlumatları da öyrənmək mümkündür.
ALBALI PLUS - arzuları reallaşdıran kart!
Unibank – hər kəsin bankı!