ALBALI-dan YENİ İL HƏDİYYƏSİ | Banco.az

ALBALI-dan YENİ İL HƏDİYYƏSİ

Yeni ilin ilk günlərində özünüzə yüksək məbləğdə pul hədiyyəsi etmək istəyirsiniz? Elə isə çox-çox sərfəli ALBALI kartınız cəmi 10 manatlıq alış-veriş müqabilində bu imkanı yaradır.

Unibank-ınALBALI kart sahibləri üçün növbəti sürprizi olan “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə 1 aydan bir az artıq vaxt qalıb.

Oktyabrın 24-dən  dekabrın 31-dək davam edən lotereya oyunu müddətində ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edə bilər. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri ALBALI ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall ALBALI kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır.Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu  10 min AZN olan lotereyanın 35 qalibi olacaq. 5 qalib hərəsi 1000 AZN, 5 qalibi isə hərəsi 500 AZN, 25 nəfər 100 AZN pul mükafatı əldə edəcəklər. Uduş tirajı 15 yanvar 2014-cü ildə, Unibank-ın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisində  keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Hər gün minlərlə vətəndaş, ölkənin 900-dən artıq mağaza, supermarket və  ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını  bankın istənilən filialından pulsuz almaq  mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı