AccessBank yeni “myAccess” xidmətini təqdim etdi | Banco.az

AccessBank yeni “myAccess” xidmətini təqdim etdi

AccessBank yeni “myAccess” İnternet Bankinq xidmətini uğurla istifadəyə verdi

Artıq müştərilər yeni innovativ “myAccess” İnternet Bankinq xidmətindən faydalana bilər

Bakı, 12 oktyabr 2015-ci il. Bir neçə ay davam edən layihə üzrə intensiv işlərin icrasından sonra AccessBank uğurla yeni innovativ “myAccess” İnternet Bankinq xidmətini istifadəyə verdi. Artıq müştərilər bu xidmətdən faydalana bilər. Yeni “myAccess” xidməti Mərkəzi Avropada İnternet Bankinq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda İnternet Bankinq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.   

“myAccess” xidmətinin uğurla istifadəyə verilməsi bir daha göstərir ki, hətta bazarda hökm sürən hazırki mürəkkəb şəraitə rəğmən AccessBank çoxsaylı müştərilərin artan tələbatlarını qarşılamaq məqsədi ilə, onlara elektron bankinq üzrə ən qabaqcıl xidmətlər  təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir” –layihənin təqdimat mərasimində AccessBank-ın İdarə Heyətinin sədr müavini, Pərakəndə Bankçılıq və Əməliyyatlar üzrə məsul şəxs Anar Həsənov yeni sistemin istifadəyə  verilməsini şərh edərək bildirib.  

Ən sərfəli kredit üçün müraciət et

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.