mycard müştərilərin həm rahatlığını artırır, həm də yeni cəlbedici imkanlar yaradır
Bakı, 07 iyun 2016-cı il. AccessBank müştərilərin rahatlığını təmin etmək üçün myсard brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verdi. Artıq mycard-ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər. mycard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.
Eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verdi. Kampaniya müddətində myсard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər.
Bankın bütün yeni və cari müştəriləri mycard kartını, məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər. Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.