14.07.2015-ci il tarixindən etibarən Bank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5% endirir
AccessBank maliyyə xidmətlərinə asan çıxış, münasib faiz dərəcələri və məsuliyyətli kreditləşmə istiqamətində fəaliyyəti çərçivəsində bank xidmətlərinin ucuzlaşdırılması məqsədilə 01.07.2015-ci il tarixindən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqqlarını endirərək kredit məbləğinin 1%-i səviyyəsində müəyyən edib.
Görülən tədbirlərin davamı olaraq bank xidməti müştərilərinin xüsusilə, mikro və kiçik sahibkarların kredit resurslarına çıxışının asanlaşdırılması, əhalinin kredit borc yükünün azaldılması və kredit siyasətimizdə ölkənin hazırki iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin, eləcə də, Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyələrinin nəzərə alınması məqsədi ilə AccessBank 14.07.2015-ci il tarixindən etibarən götürüləcək mikro və istehlak kreditləri üzrə faiz dərəcələrinin orta hesabla 5% endirilməsini qərara almaqla, hazırda endirilən komissiya haqlarını da nəzərə alaraq, faktiki illik faiz dərəcələrinin (FİFD) əhəmiyyətli şəkildə azalmasına nail olacaq.