AccessBank bir daha "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb.
Belə ki, nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” Accessbank seçilib.
Qeyd edək ki, 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.