Avropa ölkələrində “Tesla” satışları davamlı şəkildə azalır | Banco.az

Avropa ölkələrində “Tesla” satışları davamlı şəkildə azalır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-sentyabr ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Birliyi (AB) ölkələrində "Tesla" markalı avtomobil satışları sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə  18,6 faiz azalıb.

Müvafiq olaraq, ABŞ milyarderi İlon Maska məxsus Tesla-nın avtomobil satışları Aİ ölkələrində azalmağa davam edib. Sentyabr ayı ilə birlikdə Avropa ölkələrində "Tesla" satışlarının azalması 9-cu aya çatdı.

Keçən ilin sentyabrında 31 535 olan "Tesla" satışları bu ilin eyni dövründə 25 656-ya düşüb.

Sentyabrda AB-də yeni avtomobillərin ümumi satışlarında markanın payı da 3,9 faizdən 2,9 faizə düşüb. Yanvar-sentyabr ayları arasında "Tesla"nın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz azalıb.

Maskın ABŞ prezidenti Donald Trampla uzunmüddətli sıx əməkdaşlığı, mübahisəli davranışı və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.