2025-ci ilin oktyabr ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı ilin əvvəli ilə müqayisədə 20.4% və ya 30 638 əmanətçi artaraq 181 157 olub.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında unikal müddətli əmanətçi sayı 2% (3,506 əmanətçi) artıb.
Xatırladaq ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.
