Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin oktyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,138 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5 milyard 297.2 milyon manat və ya 10,4% artıb.
Belə ki, 1 oktyabr 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 50 mlrd. 841 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 48,967.8 mln. manat (9,9% artıb), balans kapitalı 7,170.2 mln. manat (14% artıb) olub.
Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
