Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat xalis mənfəətlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin eyni dövrünü zərərlə (0,53 milyon manat) başa vurmuşdu.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 18,2% azalaraq 2,7 milyon manata, balans kapitalı isə 9,6% artaraq 10,3 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
