Düzgün seçim edərək, Unibanka depozit qoyduğu üçün lotereyanın qalibi olan Samiq Nəsirov, bu gün öz mükafatına - son model Chrysler 200 Touring 2.4 avtomobili qovuşdu. Bankin mayın 20-dən avqustun 31-dək davam edən , “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyasının digər 20 qalibinə də bu gün bank əməkdaşları tərəfindən 500 AZN balanslı Gold kartlar təqdim olundu.
Ümumilikdə kampaniya 4897 əmanətçini əhatə edib, lotereya oyunu müddətində qoyulan depozit sayı 6073, mümkün şansların sayı isə 964 min 420 olub.