Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Çinin ticarət dövriyyəsi 2025-ci ilin birinci yarısında 2 milyard 88 milyon 982 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 451 milyon 363 min dollar və ya 27,6% çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2 milyard 42 milyon 726 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 415 milyon 733 min dollar və ya 25,6% çoxdur.
Qeyd edək ki, ötən ilin birinci yarısında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,6 milyard dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!