Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “MKT İstehsalat Kommersiya” MMC 62.3 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “MKT İstehsalat Kommersiya” MMC - 62.3 milyon dollar
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 46.4 milyon dollar
- “Baku Steel Company” QSC - 28.9 milyon dollar
- “Export Stream" MMC - 28.5 milyon dollar
- “P-Aqro” MMC - 21.1 milyon dollar
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 20.8 milyon dollar
- “Avrora” MMC - 19.7 milyon dollar
- “Sahdag Sy” MMC - 19.4 milyon dollar
- "UYTROP" MMC - 18 milyon dollar
- “Green Tech” MMC - 16 mildon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!