DəmirBank biznes kreditləri üzrə yeni “Vaxt getdi” adlı güzəştli kredit aksiyasına başlayıb. Aksiya 7 fevral 2014-cü il tarixinədək davam edəcək.
DəmirBank biznes kreditləri üzrə “Vaxt getdi” adlı güzəştli kredit aksiyasına başlayıb


DəmirBank biznes kreditləri üzrə yeni “Vaxt getdi” adlı güzəştli kredit aksiyasına başlayıb. Aksiya 7 fevral 2014-cü il tarixinədək davam edəcək.
DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.
Unibank Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, şəxsi həyatlarında və işlərinidə uğurlar arzulayır.
Yeni il tətili üçün xarici səfərə yola düşən Bolkart MasterCard sahibləri xarici ölkələrdə də öz kartlarından rahat istifadə edə bilərlər.Bolkartın üzərindəki MasterCard loqosu dünyanın bütün ölkələrində bu kartdan istifadə etməyə tam imkan verir. Hal-hazırda həmvətənlərimiz tərəfindən xüsusən Avropa, Türkiyə və Biləşmiş Ərəb Əmirliklərində Bolkart MasterCard geniş istifadə edilməkdədir.
Amrahbank, Bazarstore, İdeal, My Brands və Optimal Elektroniks-lə birgə “Əmanət Sizdən – Hədiyyələr Bizdən” kampaniyasını təqdim edir.
Dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı “15 il birlikdə” kampaniyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
“Bank Technique” ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib.
Xatırladaq ki, bir il bundan əvvəl, 2012-ci ilin dekabr ayının son ongünlüyündə, yeni inkişaf konsepsiyasına uyğun olaraq, Bankın yeni saytı istifadəyə verilmişdi və hazırkı yenilənmə də məhz bu tarixə təsadüf edir.
Unibank bu il xidmət şəbəkəsini daha da genişləndirdi. Müştərilərinə daha yüksək səviyyədə və geniş ofisdə xidmət göstərmək üçün ilin əvvəlində bankın 2 filialı- “Əcəmi” və 14 saylı filial (“Beşmərtəbə”) yeni ünvana köçərək, daha yaxın oldu. 2013-cü ildə xidmət məntəqələrini həm paytaxt, həm də bölgələrdə genişləndirən Unibank, 4 yeni filialı ilə müştərilərinə xidmət dairəsini daha da genişləndirdi.