“Dəmirbank” ASC-də yeni təyinat olub. Bankın Pərakəndə bankçılıq Departamentinə yeni direktor təyin edilib.
Məlumata görə, adıçəkilən departamentin yeni direktoru Nuru Xəlilov olub.
“Dəmirbank” ASC-də yeni təyinat olub. Bankın Pərakəndə bankçılıq Departamentinə yeni direktor təyin edilib.
Məlumata görə, adıçəkilən departamentin yeni direktoru Nuru Xəlilov olub.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,6% artaraq 28 972,4 mln. manata çatıb.
Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Azərbaycanda 2016-cı ilin yanvar-avqust aylarında 305,3 min ton, yaxud əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 2,4% çox diri çəkidə ət, 1 331,7 min ton (2,3% çox) süd, 1 072,8 mln. ədəd (5,2% çox) yumurta, 16,2 min ton (1,8% çox) yun istehsal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,1%, heyvandarlıq məhsulları istehsalı isə 2
Azərbaycanın tətbiq etdiyi çevik məzənnə siyasəti mümkün böhran hallarında şok vəziyyətlərdən çıxmağa imkan yaradır. Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi "IMF News"a müsahibəsində Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və perspektivləri barədə açıqlamasında bildirib.
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-avqust aylarında 20,3 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə 8 281,5 mln. manat vəsait daxil olub, büdcədən 9 348,5 mln. manat vəsait xərclənib. "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında yaranmış 1 067,0 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.
“AzeriCard" prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.
Azərbaycanda bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 027,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul istehsal edilib.