Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək | Banco.az

Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək

Azərbaycanda ilk dəfə olaraq sualtı qaynaq və kəsmə elektrodu istehsalı həyata keçiriləcək.

Bunu  açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC-nin direktoru Taleh Salmanov bildirib.

Onun sözlərinə görə, hazırda müəssisə sabit və dəyişən cərəyanla işləyən 8 ölçüdə qaynaq çubuqları istehsal edir və ölkədə bu məhsulların yeganə istehsalçısıdır.

"Daxili bazarı tam təmin etmək gücümüz var. Bazarın tələbatı 500 tondur. Lakin rəqabətin artması səbəbindən hazırda payımız 35 %-ə qədərdir. Qarşıdakı 6 ayda yeni istehsal xəttini işə salacağıq, sualtı qaynaq və kəsmə elektrodlarını bazara təqdim edəcəyik. Azərbaycanda bu məhsullara kifayət qədər tələbat var",- deyə T. Salmanlı qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə Rusiya və Qazaxıstan bazarına çıxış da planlaşdırılır.