Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 118 mln. 534 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 7 milyon 47 min manat və ya 6.3% artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 8,1% və ya 6 milyon 524 min manat artaraq 87 mln. 173 min manata yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 111 mln. 488 min manat, ödənişlərin məbləği isə 80 milyon 650 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!