Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələrinə 1 milyard 189 milyon 877 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80 milyon 920 min ABŞ dolları (7,3%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 3 milyard 836 milyon 784 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 8 ayına nisbətdə 736 milyon 21 min dollar və ya 23,7% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1,1 milyard ABŞ dolları, idxalının dəyəri isə 3,1 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram