Müəllif: Gülnar Əhmədli, Banco.az
Tailand 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 75 milyon 910 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Tailandın idxal etdiyi neftin həcmi isə 137 min 785 ton təşkil edib.
Tailandın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 8 ayına nisbətdə 158 milyon 328 min dollar və ya 3 dəfə, miqdarı isə 239 min 91 ton və ya 2,7 dəfə azalıb.
Qeyd edək ki, yanvar-avqust aylarında İtaliya (9,2 milyon ton) Azərbaycanın əsas neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!